İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Enzli Meytlend-Naylsı heyətinə qatıb.
 
Bu barədə "Arsenal"ın mətbuat xidməti məlumat yayıb. İngilis futbolçu mövsümün sonuna kimi icarəyə verilib. "Canavarlar" yarım illik icarə üçün "topçular"a 500 min avro ödəyəcək.
 
Enzli Meytlend-Nayls "Arsenal"ın yetirməsidir. 24 yaşlı futbolçu daha öncə "Vest Bromviç" və "İpsviç" klublarında da icarədə oynayıb. O, bu mövsüm "Arsenal"ın heyətində müxtəlif turnirlər çərçivəsində 11 rəsmi matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest