Futbol üzrə Fransa çempionatında 20-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi olan Marsel "Olimpik"i turun açılış matçında səfərdə "Bordo"nun qonağı olub. Ağdam təmsilçisinin rəqibi bu oyundan minimal hesabla qalib ayrılıb.
 
Lider PSJ bu turda Lion "Olimpik"i ilə qarşılaşacaq. "Monako" isə "Nant"la üz-üzə gələcək.
 
Bu tur keçirilməli olan "Anje" – "Sent-Etyen" və "Lill" – "Loryan" matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
 
Fransa Liqa 1
20-ci tur
7 yanvar
 
Bordo – Olimpik (Marsel) 0:1
Qol: C.ündər, 37.
 
8 yanvar
 
00:00. Lans – Renn
 
9 yanvar
 
16:00. Brest – Nitsa
18:00. Klermon – Reyms
18:00. Mets – Strasburq
18:00. Monpelye – Trua
20:05. Nant – Monako
23:45. Olimpik (Lion) – PSJ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest