Braziliyalı hücumçu Dieqo Kosta "Atletiko Mineyro" klubundan ayrılıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı futbolçu klubla müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
 
Kosta "Atletiko Mineyro" ilə bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komanda ilə 19 matçda 5 qol vurub.
 
Kostanın karyerasına Avropada davam edəcəyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest