"çelsi" çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Lill"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, London təmsilçisinin heyətində koronavirusa qarşı vaksin olunmayan futbolçular bu matçda iştirak etməyəcəklər.
 
Bu barədə BBC məlumat yayıb. "çelsi"də peyvənd olunmayan oyunçuların adları açıqlanmayıb.
 
Fransa hökumətinin qərarına görə, koronavirusa qarşı peyvənd olunmayan idmançıların ölkəyə girişi qadağandır.
 
"çelsi" ilə "Lill" arasındakı ilk matç fevralın 22-də Londonda olacaq. Komandalar arasındakı cavab matçı martın 16-da Fransada keçiriləcək.
 
"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Olimpik" (Marsel) komandası ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest