Bu gün futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçirilib. Matc.az xəbər verir ki, hər iki qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.
Gecənin ən maraqlı görüşü İtaliyada baş tutub. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edib. "Cuzeppe Meatsa" stadionunda keçirilən və polşalı FİFA referisi Şimon Marçinyakın idarə etdiyi oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb.
Gecənin digər oyununda Almaniya nəhəngi "Bayern" Avstriyada "Zalsburq"la qarşılaşıb. İngiltərəli Maykl Oliverin idarə etdiyi bu oyunda isə qalib müəyyənləşməyib.
1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya "Real"ını 1:0, İngiltərə "Mançester Siti"si isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib. Bu raundun digər görüşləri fevralın 22-də və 23-də baş tutacaq.
UEFA çempionlar Liqası
1/8 finalın ilk oyunları
16 fevral
"İnter" (İtaliya) – "Liverpul" (İngiltərə) 0:2
Qol: Firmino, 75. Salah, 83.
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Zalsburq" (Avstriya) – "Bayern" (Almaniya) 1:1
Qol: Adamu, 21 – Koman, 90.
Baş hakim: Maykl Oliver (İngiltərə).