16 Fevral 2022, 11:22
ÇEMPİONLAR LİQASI
PSJ-nin futbolçusu Kilian Mbappe UEFA çempionlar Liqasının (çL) 1/8 final mərhələsi çərçivəsində qarşılaşdıqları "Real"la ilk oyunda qol vurmaqla diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, bu qol fransalı hücumçu üçün əlamətdar olub.
Belə ki, o, çL çərçivəsində meydana çıxdığı son 7 matçın hamısında qol və ya qol ötürməsi ilə fərqlənə bilib. Mbappe bu görüşlərdə 5 qola imza atıb, 4 məhsuldar ötürmə edib. Bununla da o, çL tarixində fransız oyunçular arasında özünə məxsus olan rekordu təkrarlayıb. Kilian 2017-ci ilin may-dekabr ayları aralığında da oxşar nəticəyə imza atmışdı.
Mbappe qitənin ən nüfuzlu klub turnirində vurduğu qolların ümumi sayını da 32-yə çatdırıb. Bununla da o, bu göstəriciyə ən gənc yaşında çatan futbolçuya çevrilib. Kilian buna 23 yaş 1 aylığında nail olub. Ona bunun üçün 52 matç bəs edib. Mbappenin hesabında 21 məhsuldar ötürmə də var.
Fransalı futbolçu eyni zamanda komanda yoldaşı Lionel Messinin rekordunu arxada qoyub. Argentinalı hücumçu 32 qol səddini 23 yaş 8 aylığında çatıb.
Yeri gəlmişkən, "Real"la oyun Lionel Messi üçün də əlamətdar olub. Argentinalı forvard bu oyunun 61-ci dəqiqəsində yerinə yetirdiyi penalti ilə çL-də ən çox 11 metrlik zərbə vuran futbolçuya çevrilib. Bu, Messinin qitənin ən nüfuzlu klub turnirində vurduğu 23-cü penalti olub. O, "Mançester Yunayted"də çıxış edən Kristiano Ronaldonu geridə qoyub. Portuqaliyalı futbolçu indiyə qədər çL-də 22 penalti yerinə yetirib.
Messi həm də çempionlar Liqasında penalti antirekordunu təkrarlayıb. 35 yaşlı hücumçu sözügedən oyundakı penaltidən dəqiq yararlana bilməyib. Təcrübəli futbolçu 5-ci dəfə uğursuzluqla üzləşib. Beləliklə, Messsi İngiltərənin "Arsenal" və İspaniyanın "Barselona" komandasının sabiq oyunçusu Tyerri Anriyə çatıb.
Karyerasını başa vurmuş oyunçulardan Serxio Aquero və Rud van Nistelroy isə çempionlar Liqasında 4 dəfə penaltini boşa verib.
PSJ "Real"ı 1:0 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab qarşılaşması martın 9-da Madriddə keçiriləcək.