16 Fevral 2022, 13:46
ÇEMPİONLAR LİQASI
PSJ çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real"a qalib gəlib - 1:0. Matc.az xəbər verir ki, Madrid təmsilçisi oyun ərzində qapıya cəmi üç zərbə vurub. Bu, "kral klubu"nun 2003/04 mövsümündən bəri ən pis göstəricisidir.
Bundan başqa, "Real"ın PSJ ilə matçda topa yiyələnmə faizi də çox aşağı olub – 47:53. Bu isə çempionlar Liqasında son 4 ildə topa yiyələnmə baxımından antirekorddur.