Futbol üzrə UEFA çempionlar Liqasında pley-off həyəcanı davam edir. Matc.az xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.

Turnirin son qalibi "çelsi" "Stemford Bric"də "Lill"i qəbul edib. London klubu İngiltərə Premyer Liqasında qeyri-sabit çıxış etsə də, Avropa səhnəsində inamla irəliləyir. "Zadəganlar" Fransa çempionu ilə ilk oyunda da uğurlu çıxışını davam etdirib. Tarixində ikinci dəfə pley-off həyəcanı yaşayan "Lill" 2006/07 mövsümündə İngiltərənin digər təmsiçisi "Mançester Yunayted" səddini keçə bilməmişdi. Bu dəfə isə komanda Londonda 2 cavabsız qola üzülüb.

Gecənin digər qarşılaşmasında "Vilyarreal" və "Yuventus" üz-üzə gəlib. Bu, komandaların avrokuboklarda ilk duelidir. Bu oyunda hesabı Turin təmsilçisi açıb. Amma erkən qol buraxan İspaniya təmsilçisi ikinci hissədə məğlubiyyətdən xilas olmağı bacarıb. Beləcə, bu qarşılaşma bərabərliklə yekunlaşıb.

UEFA çempionlar Liqası
1/8 finalın ilk oyunları
22 fevral

çelsi (İngiltərə) – Lill (Fransa) 2:0
Qol: Haverts, 8. Pulişiç, 63.

Vilyarreal (İspaniya) – Yuventus (İtaliya) 1:1
Qol: Parexo, 66 – Vlahoviç, 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest