İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Bruno Fernandes UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi buna İspaniyada "Atletiko" (Madrid) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri 1/8 final mərhələsinin ilk oyununda nail olub.
 
80-ci dəqiqədə məhsuldar ötürmə ilə yadda qalan portuqaliyalı oyunçu "qırmızı-şeytanlar"da turnir tarixində ardıcıl 6 matçda bunu bacaran ilk futbolçusu kimi tarixə düşüb. Fernandeş klubun sabiq yarımmüdafiəçisi Devid Bekhemin 1998-ci ildəki rekordunu qırıb.
 
Bruno Fernandes cari mövsüm "Mançester Yunayted"in heyətində 34 oyuna çıxıb, 9 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest