Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, I Liqa təmsilçisi Mustafa Er ilə anlaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin 42 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Mustafa Er bu postda istefaya göndərilən Tamer Tunanı əvəz edib. Sözügedən mütəxəssis daha öncə də Bursa təmsilçisində çalışıb. Belə ki, o, 2020-ci ilin sentyabrından 2021-ci ilin avqust ayınadək "Bursaspor"un baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest