Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
"Lester Siti" doğma meydanda "Brentford"la qarşılaşıb. üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.
 
Bu tur London derbisiylə əlamətdar olub. "Tottenhem" - "Vest Hem" qarşılaşması həm də, turnir cədvəlində avrokubok zonasından uzaqlaşmamaq baxımından əhəmiyyətli idi. Dörd qolun qeydə alındığı bu matçda "Tottenhem" inamlı qələbəyə sevinib. 
 
Bu turun qalan 6 oyunu İngiltərə kubokunun oyunlarına görə təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
30-cu tur
 
18 mart
 
Vulverhempton – Lids 2:3
Qol: Conni, 26. Trinkao, 45+11 – Harrison, 63. Rodriqo, 66. Aylinq, 90+1.
 
19 mart
 
Aston Villa – Arsenal 0:1
Qol: Saka, 30.
 
20 mart
 
Lester Siti – Brentford 2:1
Qol: Kastan, 20. Meddison, 33 – Vissa, 85.
 
Tottenhem – Vest Hem 3:1
Qol: Zuma, 9-öz qapısına. Son, 24; 88 – Benrahma, 35.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest