Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında lider "Qarabağ" "Səbail"lə münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi doğma meydanda darmadağına sevinib.

Günün digər matçı "Sumqayıt"la "Sabah" arasında baş tutub. Bu görüşdə isə qonaqlar böyük hesabla qalib gəliblər.

Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel

"Qarabağ" – "Səbail" 5:1
Qol: L.Andrade, 3; 41. R.Şeydayev, 53; 56. E.Cəfərquliyev, 86 – N.Raysel, 62-pen.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev.
Bakı. "Azersun Arena", 16:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 25. İbrahima Vadji, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Səbail: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 10. Cavid Tağıyev, 39. Tural Bayramlı, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov, 15. Ayxan Bədizadə.
Baş məşqçi: Aftandil Hacıyev.

"Sumqayıt" – "Sabah" 0:3
Qol: A.İsayev, 22. X.Kamara, 25. C.L.Mikels, 50.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Sumqayıt. "Sumqayıt Arena", 18:15.

Sumqayıt: 23. Andrey Popoviç, 17. Murad Xaçayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev.
Baş məşqçi: Aleksey Baqa.

Sabah: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 9. Xulio Sezar Rodriges, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 7. Boyan Letiç.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samiqullin, 14. Slavik Alxasov, 26. Tiemoko Fofana, 3. Zurab Oçiqava, 99. Hiqor Qabriel, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk, 21. İldar Ələkbərov, 29. Ceyhun Nuriyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest