Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Homberq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan böyükhesablı qələbə ilə ayrılıb – 3:0.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Şalke II" bu nəticədən sonra 35 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest