Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək "Qarabağ" - "Səbail" qarşılaşmasının biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək "Qarabağ" – "Səbail" qarşılaşmasının biletləri satışa çıxarılıb. Matc.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 10 manat təşkil edir.
 
Satış məntəqəsi: "Azersun Arena".
 
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Bu gün keçiriləcək oyuna saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest