"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq, Ukraynanın LNZ (çerkası) klubunda çıxış edən futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, köhnə-yeni komandasında 23 nömrəli formada çıxış edəcək.
 
Popoviç 2011/12, 2013/14 və 2014/15 mövsümlərində də "Sumqayıt"ın şərəfini qoruyub. 30 yaşlı qolkiper vaxtilə Azərbaycanda "Bakı", "Abşeron", "Turan Tovuz" və "Qəbələ"də də forma geyinib. Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının, əsas millimizin də uğurları üçün çalışmış Popoviç, 2016-cı ildən Ukraynada çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest