"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
"Matça çox ciddi hazırlaşmışdıq. çünki bu mövsüm yeganə məğlubiyyətimizi "Səbail"dən almışıq. Şadam ki, qalib gəldik. Qol vurduğum üçün də çox xoşbəxtəm, amma daha önəmli hədəflərimiz var. Qol vurmaqla yanaşı, qələbə qazanmağımıza da görə şadam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest