Rafael Utziq "Qəbələ"də 50-ci oyununu keçirib.

Rafael Utziq "Qəbələ"də 50-ci oyununu keçirib. Matc.az xəbər verir ki, braziliyalı hücumçunun yubileyi Premyer Liqanın 21-ci turuna təsadüf edib.
 
"Keşlə" ilə ev matçı (1:1) 26 yaşlı legioner üçün əlamətdar olub.
 
2020-ci ilin yayından "qırmızı-qara" formanı geyinən Rafael bu müddətdə 10 qol vurub. O, Premyer Liqada 45, Azərbaycan kubokunda 5 dəfə şans qazanıb. Cənubi amerikalı bütün qollarına çempionatda imza atıb.
 
Xatırladaq ki, Rafael Utziq klub tarixinə 50 və daha çox oyun keçirən 51-ci futbolçu kimi düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest