Almaniya çempionu "Bayern" Niderlandın "Ayaks" klubunda çıxış edən Nussair Mazrauini transfer etməyə hazırlaşır. Matc.az "Bild"ə istinadən xəbər verir ki, tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər.
 
25 yaşlı müdafiəçi hətta Almaniya təmsilçisində tibbi müayinədən də keçib. Mərakeşli futbolçu mövsümün sonunda "Bayern"ə qoşulacaq. Onun illik maaşı təxminən 8 milyon avro olacaq. Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.
 
Mazraui cari mövsümdə "Ayaks"ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest