Futbol üzrə çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Prosteyov"la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Viktoriya" 28 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest