Futbol üzrə Qazaxıstan çempionatında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – "Turan" da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Karaqanda "Şaxtyor"u ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
 
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
"Turan" 10 turdan sonra 11 xalla 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest