"Bu, ən çətin və ən maraqlı mövsüm oldu. çünki hərtərəfli mübarizə aparmağa çalışırdıq. Yaxşı komanda formalaşıb. Oyunçu sayı çoxdur. Zədəlilərimiz isə az oldu. Ona görə də sonadək vuruşa bildik". Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib:
 
"Konfrans Liqasında tarix yazdıq və Azərbaycan çempionu olduq. ölkə kubokunu da qazanmaq istəyirik. ötən il alınmadı. Bu il Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etməyə çalışdıq. Fikrimcə, bizdə alındı. İnanıram ki, gələcəkdə daha yaxşı və perspektivli komanda olacağıq. Yeni tarix yazmağa hazırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest