XXVIII turun "Qarabağ" - "Neftçi" oyununda "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub

AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edildi:
 
Premyer Liqanın XXVIII turunun "Zirə" – "Şamaxı" oyununda "Zirə" klubunun futbolçusu Hamidu Keyta təcavüzkar davranışa görə  birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);
 
XXVIII turun "Qarabağ" – "Neftçi" oyununda "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
 
Azərbaycan Kubokunun final mərhələsinin "Qarabağ" – "Zirə" oyununda "Qarabağ" klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
 
"Qarabağ" – "Zirə" oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4);
 
"Qarabağ" klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);
 
"Zirə" klubunun məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına 1 oyun əlavə olunur, klub 800 manat cərimə olunur (maddə 75);
 
"Zirə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest