Bundan başqa, həm "Ayaks", həm də "Real" klubu azarkeşlərinin meydana yad əşya atmaları ucbatından cərimələnəcək.
"Real"ın kapitanı Serxio Ramos cəzalandırıla bilər. Matc.az saytının məlumatına görə, ulduz futbolçunun çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la görüşdəki hərəkəti araşdırılır.
Belə ki, qarşılaşmanın 89-cu dəqiqəsində sarı vərəqə alan Ramos bununla cəzalı duruma düşüb və cavab oyununu buraxacaq. UEFA isə müdafiəçinin "sarı"nı qəsdən alıb-almadığını araşdırır. Futbolçu günahkar bilinsə, qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya edəcək.
Bundan başqa, həm "Ayaks", həm də "Real" klubu azarkeşlərinin meydana yad əşya atmaları ucbatından cərimələnəcək.
Qeyd edək ki, Amsterdamdakı görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar martın 5-də Madriddə cavab matçında üz-üzə gələcəklər.