Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib. Matc.az xəbər verir ki, A qrupunda yer alan yığmamız 1-ci turda meydan sahibləri ilə qarşılaşıb.
 
Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Yığma növbəti matçını iyunun 29-da Andorraya qarşı keçirəcək.
 
Qeyd edək ki, digər qrupda San Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaq.
 
Avropa çempionatı
A qrupu, 1-ci tur
28 iyun
 
Azərbaycan - Malta 71:73

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest