Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə oyunlarının biletləri satışa çıxarılıb.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yoldaşlıq görüşü çərçivəsində sentyabrın 23-də saat 20:00-da "8-ci kilometr" stadionunda Tacikistanla qarşılaşacaq. Həmçinin oktyabrın 1-də saat 20:00-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda yığmamız Lixtenşteyn, oktyabrın 4-də saat 17:00-da isə "8-ci kilometr" stadionunda Litva millisi ilə üz-üzə gələcək.
Oyunların biletləri iticket.az platforması vasitəsilə satışa təqdim olunur.