Londonun "Arsenal" klubu yarımmüdafiəçisi Deklan Rays ilə yeni uzunmüddətli müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, "topçular" 27 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığı 2031-ci ilin yayına qədər uzatmaq niyyətindədirlər. O, baş məşqçi Mikel Artetanın taktiki planlarında mərkəzi fiqurlardan biri hesab olunur. Futbolçunun bu yaxınlarda Səudiyyə Ərəbistanı klublarının birindən gələn cəlbedici maliyyə təklifini rədd etdiyi vurğulanır.

Xatırladaq ki, bir qədər əvvəl "Əl-Hilal" klubu "Arsenal"ın sol cinah vingeri Qabriel Martinellini transfer etdiyini açıqlayıb. London təmsilçisi həmçinin hücumçusu Qabriel Jezus və vingeri Ris Nelsonu da itirib. Oyunçular müvafiq olaraq "Barselona" və "Feyenoord" klublarına keçiblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest