Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.

Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, o, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək "Borussiya" (Dortmund, Almaniya) – "Vilyarreal" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona yan xətt hakimləri Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.

Qeyd edək ki, görüş sentyabrın 8-də Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest