"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan "Qızıl top"u qazanmağa layiq olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Bildirilir ki, fransalı ulduz futbolçuya "Kilian, sizcə, "Qızıl top"a layiqsinizmi?" sualı ünvanlanıb. Hücumçu isə öz növbəsində bu sözlərlə cavab verib:

"Dünyanın ən böyük klubu olan "Real"da çıxış edərkən adınız istər-istəməz bu cür mükafatlarla yanaşı çəkilir. "Qızıl top"u qazanmaq istənilən oyunçu üçün böyük nailiyyətdir. Yayda baş tutan əsas futbol turnirində tarix yazsam da, qarşıda hələ uzun bir yol var. İnsanlar isə dünyada kimin ən yaxşı oyunçu olduğu barədə düşünməkdə tamamilə azaddırlar

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest