Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimiz 6-cı qrupda Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, millimiz indiyə qədər hər iki rəqibi ilə ayrı-ayrılıqda 3 dəfə üz-üzə gəlib.
 
Polşa ilə ilk duel 1996-cı ildə Niderlandda baş tutub və qələbəni komandamız qazanıb. Növbəti belə duel 8 ildən sonra gerçəkləşib. Bu dəfə 3 xalı Polşa qazanıb. Komandalar arasındakı son görüş 2009-cu ildə olub. Minimalhesablı qələbə komandamızın xeyrinə yazılıb.
 
Yunanıstana dəldikdə, onlarla da millimiz 3 dəfə qarşılaşıb və hamısında qələbə qazanıb. İlk oyun 2000-ci ildə keçirilib. 21 ildən sonra tərəflər yenidən 2 dəfə üz-üzə gəlib və qələbəni futzalçılarımız qazanıb.
 
Aç-96 (seçmə mərhələ - Niderland)
23.10.1995. Polşa – 6:4
 
Dç-04 (seçmə mərhələ - Kipr)
05.11.2003. Polşa – 1:6
 
Aç-10 (seçmə mərhələ - Portuqaliya)
20.03.2009. Polşa – 4:3
 
Dç-00 (seçmə mərhələ - Xorvatiya)
29.02.2000. Yunanıstan – 8:3
 
Aç-2022 (seçmə qrup mərhələsi)
02.02.2021 Yunanıstan – 3:0
 
14.04.2021 Yunanıstan - 4:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest