Bir müddət öncə "Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanqın evinin qarət edildiyini və futbolçunun döyüldüyünü xəbər vermişdik. Matc.az "The Athletic"ə istinadən xəbər verir ki, qabonlu hücumçu qarət nəticəsində ağır yaralanıb. Onun çənəsi sınıb. Futbolçunun sağalma vaxtı mümkün əməliyyatla bağlı qərarından asılı olacaq. 33 yaşlı forvardın zədə səbəbindən ən azı bir ay meydana çıxmayacağı gözlənilir.
 
Obameyanqın zədələnməsinə baxmayaraq, London "çelsi"si oyunçunun mümkün transferi ilə bağlı danışıqları davam etdirir. Tərəflər hələlik razılığa gələ bilməyiblər.
 
Obameyanq 2022-ci ilin yanvarında azad agent kimi "Barselona"ya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest