01 Sentyabr 2022, 15:47
MPL
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Premyer Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Neftçi" – "Zirə" oyununda "Neftçi" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunur;
"Neftçi" – "Zirə" oyununda meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur;
"Qarabağ" – "Şamaxı" oyununda "Qarabağ" klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur;
"Səbail" – "Kəpəz" oyununda "Kəpəz" klubunun futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur;
"Kəpəz" klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
"Səbail" – "Kəpəz" oyununda stadionun dəhlizində "A" buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;
"Qəbələ" – "Sabah" oyununda "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;
"Qəbələ" klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur;