Stadionun vəziyyətini, "Zirə" klubunun rəsmi müraciətini nəzərə alan PFL 5-ci turun "Zirə" - "Qəbələ" görüşünün "Dalğa Arena"da keçirilməsinə qərar verib.

"Zirə" futbol klubu Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət edib. Matc.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olması ilə bağlı Misli Premyer Liqasının 5-ci turunun "Zirə" – "Qəbələ" oyununun "Dalğa Arena"da keçirilməsini xahiş edib.
 
Stadionun vəziyyətini, "Zirə" klubunun rəsmi müraciətini nəzərə alan PFL 5-ci turun "Zirə" - "Qəbələ" görüşünün "Dalğa Arena"da keçirilməsinə qərar verib.
 
Məsələ ilə bağlı "Qəbələ" İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.
 
Misli Premyer Liqası
5-ci tur
4 sentyabr
 
"Zirə" – "Qəbələ"
"Dalğa Arena", 20:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest