"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 5-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 5-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"çətin oyun olacağını bilirdik. Mövsümə 4 qələbəylə başlamış rəqiblə oynayırdıq. Uduzmamağa çalışırıq. İlk matçdır ki, qapımızda top görmədik. İlk 45 dəqiqədə qol şansımız oldu, amma qapıçı rəqibi xilas etdi. Əks-hücumlarda fərqlənə bilərdik. 
 
Hakimlərə hörmətim var, amma elə epizod oldu ki, penalti olub-olmadığını dəqiqləşdirmək üçün təkrara baxmaq lazım idi. Murad Musayevlə aramızda elə də ciddi narazılıq olmadı. Futbolda belə şeylər olur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest