"Olimpiakos" daha əvvəl Xames Rodriges və Marselo kimi tanınmış futbolçuları heyətinə qatıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" daha bir futbolçu transfer etməyə yaxındır. Matc.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
 
Onun sözlərinə görə, Yunanıstan təmsilçisi Fransanın "Olimpik" (Marsel) klubunda çıxış edən Sedrik Bakambu ilə anlaşıb. 31 yaşlı fransalı hücumçu yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.
 
"Olimpiakos" daha əvvəl Xames Rodriges və Marselo kimi tanınmış futbolçuları heyətinə qatıb.
 
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest