Futzal üzrə dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov dünya çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək Rumıniya – Danimarka oyununa təyinat alıblar.
 
Oktyabrın 6-da, Rumıniyanın Targu Mures şəhərindəki "City Hall Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest