"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub. Matc.az xəbər verir ki, 33 yaşlı çexiyalı qolkiper sağ çiynindən cərrahi müdaxiləyə ehtiyac duyub.
 
Plzen şəhərində əməliyyat edilən oyunçu 3 aydan sonra yaşıl meydanlara qayıdacaq.
 
Vatslik çexiya yığmasının heyətində UEFA Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında zədələnib.
 
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest