Almaniyanın "Şalke" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Helzenkirhen komandasını Tomas Rays çalışdıracaq.
 
Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 49 yaşlı mütəxəssis bu gün komandanı ilk məşqə çıxaracaq.
 
"Şalke" ötən həftə Frank Krameri istefaya göndərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest