17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Bosniya və Herseqovinada baş tutan oyunda millimiz meydan sahibləri ilə üz-üzə gəlib.
 
Azərbaycan yığması bu görüşdə 0:1 hesablı məğlubiyyətlə üzləşib.
 
Xatırladaq ki, ilk turda millimiz Ukraynaya da 2:5 hesabıyla uduzmuşdu. Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 30-da Lixtenşteyn yığmasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest