Fransanın "Oser" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Kristof Pellisye çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2+1 illik müqaviləyə imza atıblar.
 
Pellisye "Oser"də istefaya göndərilmiş Jan-Mark Furlanı əvəz edib.  Onun istefasına komandanın uğursuz nəticələri səbəb olub.
 
"Oser" bu mövsüm Liqa 1-də keçirdiyi 12 oyunda cəmi 2 qələbə qazanıb. 3 heç-heçə edən və 7 məğlubiyyətlə üzləşən komanda hazırda 9 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest