Bunlardan birincisi braziliyalı hücumçu Neymarın satılmasıdır. Klub ötən yay Kilianı sevindirmək üçün braziliyalını satmağa çalışsa da, Neymara PSJ səviyyəsində maaş zəmanəti verə biləcək potensial alıcı yox idi.

Fransa yığmasının hücumçusu Kilian Mbappe PSJ-də qalmaq üçün rəhbərlik qarşısına 3 şərt qoyub. Matc.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.

Bildirilir ki, Mbappe ya gələn yay, ya da 2024-cü ildə PSJ-ni pulsuz tərk edə bilər. Bunun qarşısını almaq üçün futbolçu şərtlərini açıqlayıb.

Bunlardan birincisi braziliyalı hücumçu Neymarın satılmasıdır. Klub ötən yay Kilianı sevindirmək üçün braziliyalını satmağa çalışsa da, Neymara PSJ səviyyəsində maaş zəmanəti verə biləcək potensial alıcı yox idi.

İkincisi, London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq "Tottenhem"in hücumçusu Harri Keynin transfer edilməsidir.

üçüncüsü isə Madrid "Real"ının sabiq çalışdırıcısı Zinəddin Zidanın PSJ-nin baş məşqçisi postuna gətirilməsidir.

Xatırladaq ki, ötən mövsüm Mbappenin PSJ ilə müqaviləsi başa çatırdı və  onun "Real" mümkün transferi ilə bağlı söz-söhbətlər dolaşırdı, lakin hücumçu klubla müqaviləni uzatmağa qərar vermişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest