Madrid "Real"ının rəhbərliyi baş məşqçi postuna namizədləri açıqlayıb. Matc.az "El Nacional" istinadən xəbər verir ki, Karlo Ançelottidən sonra "Kral klubu"nun yeni baş məşqçisi məhz həmin beş nəfərdən biri olacaq.

Belə ki, "Real"ın potensial baş məşqçisi siyahısına komandanın üç keçmiş futbolçusu  - Raul Qonsales (hazırda "Kastilya"nı çalışdırır), Alvaro Arbeloa ("Juvenil A") və Xavi Alonso ("Bayer") daxildir.

Komanda daha iki təcrübəli mütəxəssisi də nəzərdən keçirir. Bunlar "çelsi"nin keçmiş baş məşqçisi Tomas Tuxel və "Bavariya"nın çalışdırıcısı Julian Nagelsmann.

"Real" La Liqada  keçirdiyi 14 oyunda 35 xal toplayıb və hazırda turnir cədvəlində ikinci yerdədir. Lider isə əzəli rəqib  "Barselona"dır (37 xal).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest