Türkiyənin "Başakşəhər" klubu qapıçısı Məhəmməd Şengezerlə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı müqavilənin müddəti daha 2 ilə uzadılıb. Beləliklə, 25 yaşlı qolkiper yeni sözləşməyə əsasən 2026-cı ilin yayına kimi "Başakşəhər"in uğurları üçün çalışmağa davam edəcək.
 
Şengezer 2019/20 mövsümündən etibarən "Başakşəhər"də çıxış edir. O, bu mövsüm 12 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest