PSV-nin hücumçusu Kodi Qakpo karyerasını "Liverpul"da davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Keçid İngiltərədə qış "transfer pəncərəsi" açıldıqdan sonra baş tutacaq.

23 yaşlı futbolçu yaxın günlərdə sənədləri imzalamaq və bəzi  prosedurlardan keçmək üçün İngiltərəyə gedəcək. Müqavilənin təfərrüatları açıqlanmasa da, bu transferin PSV üçün rekord olacağı bildirilir.

Xatırladaq ki, Qakpo Qətərdə keçirilən son dünya çempionatında Niderland millisinin heyətində 5 oyunda iştirak edib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest