"Liverpul" məhz bu iki oyunçunun səyi nəticəsində 5-ci dəqiqədə hesabı açıb. Robertsonun məhsuldar ötürməsini Salah qolla tamamlayıb.

İngiltərə Premyer Liqasının XVII turunda "Aston Villa" ilə səfər oyunu "Liverpul"un iki futbolçusu üçün əlamətdar olub. Matc.az xəbər verir ki, söhbət komandanın aparıcı simalarından olan Məhəmməd Salahla Endryu Robertsondan gedir.
 
"Liverpul" məhz bu iki oyunçunun səyi nəticəsində 5-ci dəqiqədə hesabı açıb. Robertsonun məhsuldar ötürməsini Salah qolla tamamlayıb. Nəticədə şotlandiyalı futbolçu İngiltərə Premyer Liqası tarixinin ən çox məhsuldar ötürmə edən müdafiəçisinə çevrildi. 28 yaşlı sol cinah müdafiəçisi Premyer Liqada keçirdiyi 231 matçda 54 qol ötürməsi verib. Bu, İngiltərə çempionatı tarixində rekord göstəricidir. Bundan əvvəlki rekordun sahibi olan Leyton Baynes 420 oyunda 52 məhsuldar ötürmə etmişdi.
 
Salah isə "Liverpul" formasıyla 172-ci qolunu vurmaqla klubun əfsanəvi futbolçusu Kenni Dalqlişə çatıb. Misirli futbolçu bu qədər qolu 276 oyunda vurduğu halda, Dalqliş 515 matçda rəqib qapılarından keçirib. "Liverpul" tarixinin ən çox qol vuran futbolçusu isə Yan Ruşdur – 346 qol!
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest