Fransanın PSJ klubunun baş meneceri Jan-Klod Blan vəzifəsindən ayrılıb. Matc.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Paris klubundan getdiyini sosial şəbəkə hesabında açıqlayıb:
 
"Son on iki mövsüm mənim üçün böyük bir macəra oldu. PSJ-nin beynəlxalq idman gücünə çevrilməsinə kömək etdiyim üçün fəxr edirəm".
 
Fransa mətbuatı Jan-Klod Blanın yeni layihə üzərində işləmək üçün PSJ-dən ayrıldığını iddia edib. Onun bundan sonra "Nitsa" klubunda çalışacağına dair xəbərlər yayılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest