Argentina Futbol Assosiasiyası (AFA) millinin baş məşqçisi Lionel Skaloninin komandada qalmasını qərara alıb. Matc.az xəbər verir ki, bu barədə qurumun prezidenti Klaudio Tapia məlumat verib.
 
O, 44 yaşlı mütəxəssislə bu barədə söhbət etdiklərini bildirib. Tapia yığmanı 2026-cı ildə keçiriləcək dünya çempionatına da Skaloninin aparmasını istədiklərini etiraf edib:
 
"Skalonini baş məşqçi təyin etdiyimiz vaxt məni dəli adlandırırdılar. İnsanların 99 faizi deyirdi ki, başımız işləmir. Amma argentinalılar indi onunla fəxr edirlər. ümid edirəm ki, Skaloni millinin baş məşqçisi olaraq qalacaq. Bizim bu barədə qərarımız qətidir".
 
Xatırladaq ki, Argentina yığması Skaloninin rəhbərliyi altında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, 2018-ci ilin avqustundan yığmaya rəhbərlik edir. Milli komanda bu mütəxəssisin rəhbərliyi altında 57 oyun keçirib ki, onların 37-də qələbə qazanıb (15 heç-heçə, 5 məğlubiyyət).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest