"Sabah" müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimidir.
 
Seydiyev 2020-ci ildən "Sabah"ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.
 
Amin "Sabah"ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest