Futbol üzrə İran yığmasının Cənubi Azərbaycandan olan sabiq hücumçusu Əli Daeinin həyat yoldaşı və qızının ölkəni tərk etməsinin qarşısı alınıb. Matc.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.

53 yaşlı futbol əfsanəsi bildirib ki, ailəsi bazar ertəsi tətildə ona qoşulmaq üçün Tehrandan Dubaya uçmağa çalışıb. Lakin beynəlxalq uçuş yarıda dayandırılıb. Belə ki, təyyarə körfəzdəki adalardan birinə endirilib və Daeinin ailəsi heç bir səbəb göstərilmədən təyyarədən çıxarılıb.
 
İranda etirazlar başlayanda prosesə dəstək vermiş Əli Daei bildirib ki, ailəsinə ölkədən çıxmaq qadağan edilsə də, bu, onlara bildirilməyib.
 
Sentyabr ayında sosial şəbəkələrdəki paylaşımında futbolçu hökuməti "repressiya, zorakılıq və həbslərdən istifadə etməkdənsə, İran xalqının problemlərini həll etməyə" çağırıb. Dekabrın əvvəlində onun Tehrandakı zərgərlik mağazası və restoranı məhkəmə tərəfindən bağlanıb.
 
Əli Daei İran milli komandasının keçmiş kapitanı olub, 90-cı illərdə və 2000-ci illərin əvvəllərində beynəlxalq səviyyədə 109 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest