İngiltərənin "Fulhem" klubu müdafiəçisi Tim Rimlə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
ABŞ yığmasının üzvü yeni müqaviləyə əsasə 2024-cü ilin yayına qədər "Fulhem"in uğurları üçün çalışmağa davam edəcək.
 
35 yaşlı futbolçu 2015-ci ilin avqust ayından "Fulhem"də çıxış edir. O, bu komandanın heyətində 272 matça çıxıb. Təcrübəli futbolçu ABŞ yığma komandasında meydana çıxdığı 50 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest