Azərbaycanın U-21 millisinin və "Sabah"ın futbolçusu Abdulla Xaybulayev Gürcüstanın "Samtrediya" komandasına keçib.

Azərbaycanın U-21 millisinin və "Sabah"ın futbolçusu Abdulla Xaybulayev Gürcüstanın "Samtrediya" komandasına keçib. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə müqavilə imzalayıb. Amma sözləşmənin detalları açıqlanmayıb.
 
Xatırladaq ki, Abdulla Xaybulayev "Sabah"da 19, Azərbaycanın U-21 yığmasında isə 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest